Deputat: "Tövlələrimiz və keçilərimiz müasirləşsə də, AXCP və Əli Kərimov müasirləşə bilmədi"

GÜNDƏM 12 noy 2023, 16:15
Zəfər günü ərəfəsində Laçındakı müasir tövlədən müqayisəli status paylaşmaq Azərbaycan müxalifətinin radikal simasızlığıdır, xalqı ələ salmaq cəhdidir. Tövlələrimiz müasirləşsə də, yeni cins keçirlərimiz olsa da, AXCP də, Əli Kərimov da müasirləşə, reallığa uyğunlaşa bilmədi.

Əslində elə başımıza nə faciə gəlibsə elə bunların radikalizmdən gəlib. 1990-ci illərin əvvəllində AXC rəhbərlərinin radikal yanaşması faciələrə, 1991-1992-ci illərdə AXC-Müsavat cütlüyünün radikal ehtiras və arzuları torpaqlarımızın itkisinə gətirib çıxardı. 

Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Qarabağ problemini həll etdi, ərazi bütövlüyümüzü bərpa etdi, suverenliymizi bərpa etdi. Yeni və güclü başlanğıcın astanasında olan Azərbaycan üçün radikalizm artıq qəbul edilməzdir. İndi isə xalq olaraq yerli səviyyədə hansı çərçivədə radikalizm qarşılaşsaq, gərək bununla özümüz məşğul olaq, buna imkan verməyək.

Mən dəfələrlə Əli Kərimlini siyasətdən getməyə, Qarabağdakı qondarma rejim kimi özünü buraxmağa nə qədər çağırış etsəm də, sözümə qulaq asmır.  

Reallıqda isə demokratiya olan partiyalarda iki ardıcıl seçkidə məğlub olan partiya rəhbəri özü istefa verir, gənclərə və ya daha iddialı şəxslərə yol açır. Dünya tarixində iştirak etdiyi bütün seçkilərdə məğlub olan, daha sonra buna çarə olaraq bütün seçkiləri baykot edən və partiya rəhbərliyində qalan yeganə diktator Əli Kərimovdur. Biri də Kamal Kılıçdaroğlu idi. O, da rəhbərlikdən getmək istəmirdi. Yumruğunu masaya vuraraq deyirdi yerimdəyəm, aşırdılar onu. Mən əmin deyiləm ki, təzə gələn ondan yaxşıdır, ancaq ən azından dəyişə bildilər. 

Ən gülməlisi isə Əli Kərimovun başını quma soxaraq Türkiyə müxalifətini təbrik etməsi oldu. Bu nə qədər qara komediyaya bənzəsə də, əslində dəvəquşu heç vaxt başını quma soxmur. Bu quşun çox iti gözləri, 2,5 metrə çatan boyu var. Odur ki o, təhlükəni uzaqdan görür. Sürətli qaçışı, güclü pəncəsi olan dəvəquşular çox ehtiyatlıdırlar: yatanda da növbə ilə yatırlar.  Dəvəquşunun başını quma soxması barədə əfsanənin uzunömürlülüyünün bir səbəbi də ondadır ki, bu quş, həqiqətən, tez-tez başını aşağı əyir. Amma gizlənmək üçün yox, qum yemək, xırda daş udmaq üçün. Bu qum və daş mədəsindəki yeməyi xırdalamaq və rahat həzm etməkdə ona kömək edir. Yaşlı dəvəquşunun mədəsində bəzən yarım kiloqramdan çox daş olur. 

Mövzudan yayınmaq istəmirəm, sadəcə Əli Kərimov məsələsi naftalin kimi bir şeydir, hər dəfə ondan yazanda adamın ağlına daha ciddi və maraqlı məsələlər düşür.

Harvard professorları Levitski və Ziblatın irəli sürdüyü fərziyəyə əsasən siyasi partiyalarda radikalizm problemini aradan qaldırmaq birincisi partiya ağsaqqallarının və ikincisi isə partiya gənclərinin vəzifəsidir. Ancaq Əli Kərimlinin diktatorluğu partiyasında nə ağsaqqal dəyəri qoyub, nə də gənclərin inkişafına şərait yaradıb. Bir dənə özünə bənzər yarı ağsaqqal yarı gənc Seymur Həzi var. Özü hələ də özünü tapa bilməyib. Bir gün qırx ayaqdan soruşurlar yeriyəndə hansı ayağından sonra hansı ayağını atırsan? Qırxayaq bərk fikrə getdi, sonra duruxub qaldı. İndi yazıq çaşbaş olub, daha yeriyə bilmir.

Mövzudan yenə yayınmaq istəmirəm, obyektiv həqiqət ondan ibarətdir ki, Əli Kərimovun özünə bu qədər aşiq olması, öz fikrinin əleyhinə bir fikir deyənə qarşı qəddar və hər şeyi bildiyini zənn etməsi onu diktatora çevirib. Ənənəvi və müasir siyasətçilərin əksəriyyəti Əli Kərimovu demokratik dəyərlər və Azərbaycan müxalifətinin inkişafı üçün real təhlükə hesab edir.

Kamal Cəfərov
Deputat

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top