Laçında kinoteatr açıldı — FOTO

QARABAĞ 09 noy 2023, 21:48
İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq fəaliyyətə başlayıb.

Demokrat.a
z APA-ya istinadən xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, hüquq-mühafizə orqanları və Bakı Abadlıq Xidməti MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri və hərbiçilər iştirak edib.

Kinoteatr binasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub. 1700 kv-lıq ərazidə 1000 kv-a yaxın klub inşa edilib. 230 oturacaqdan ibarət olan klubun binasının daxili 350 kv, səhnənin ölçüsü 82 kv, ekranın ölçüsü isə 70 kv. İlk dəfə olaraq Laçında "Mən Burdayam İlahi" adlı Azərbaycan filminin nümayişi olub.

Laçın sakinləri öz doğma vətənlərində kinoteatr binasında film təqdimatını alqışlarla qarşılayıb.




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top