“Qarabağ” - “Bayer 04” oyununa 30 000 bilet satılıb

İDMAN 09 noy 2023, 14:50
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.
Qeyd edək ki, “Qarabağ” - “Bayer 04” matçı saat 21:45-də başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top