"Real Madrid" bu oyunçunun müqaviləsini uzatdı

İDMAN 07 noy 2023, 20:24
İspaniyanın 1-ci Futbol Liqası (La Liqa) komandası "Real Madrid" 20 yaşlı fransız yarımmüdafiəçi Eduardo Camavinga ilə müqaviləni 30 iyun 2029-cu ilə qədər uzadıb.

Demokrat.az xəbər verir ki, bu barədə İspan klubundan açıqlama verilib.

Bildirilib ki, Kamavinqa ilə müqavilənin 30 iyun 2029-cu ilə qədər uzadılması ilə bağlı razılıq əldə olunub.

Kamavinqa 2021-ci ildə cəmi 18 yaşı olanda "Real Madridə" transfer olunub və ilk iki mövsümdə 1 UEFA Çempionlar Liqası, 1 FIFA Klublararası Dünya Kuboku, 1 UEFA Super Kuboku, 1 La Liqa, 1 Kral Kuboku daxil olmaqla 114 matçda iştirak edib. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top