Metro səhər saatlarında 8 dəqiqə intervalla işləyir — Açıqlama

İNFRASTRUKTUR 07 noy 2023, 10:47
"Səhər 08:08 radələrində metronun “Azadlıq prospekti" stansiyasından “Həzi Aslanov” istiqamətinə hərəkətdə hər gün 7 dəqiqədən artıq interval yaranır.

Sentyabrın 15-də yeni qrafikə keçəndə elan etmişdik ki, sərnişin sıxlığını tənzimləmək üçün səhər pik saatlarda ehtiyat qatarların xəttə buraxılması imkanları çox məhdud olduğundan “Neftçilər” və “Memar Əcəmi” istiqamətlərindən qatarlar geri qaytarılır. Bunun üçün həmin stansiyalarda müvafiq şərait var".

Demokrat.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov “APA”ya açıqlamasında deyib.

O bildirib ki, hər gün belə sıxlıq yarandıqda bir və ya iki dəfə “Memar Əcəmi”də qatarlar geri qaytarılır: “Bu halda interval “Nəsimi”, “Azadlıq” və “Dərnəgül” stansiyalarında iki dəfə artıq olur. Lakin bu o demək deyil ki, sadalanan stansiyalar istiqamətində sərnişin axını nəzarətdə saxlanılmır”.

Eyni zamanda “Neftçilər” stansiyasında da eyni mənzərəni görmək mümkündür: “Qatarlar “Neftçilər”dən geri qaytarıldıqda “Həzi Aslanov”dək stansiyalarda intervalın artdığını görə bilərik. Qeyd edim ki, bu ən effektiv üsullardan biridir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top