Bakıda 2 məşhur klinikanı bu şəxs aldı

İQTİSADİYYAT 06 noyabr 2023, 16:36
Azərbaycanda iki məşhur klinika - "Baku City Hospital” və "Türk-American Medical Center” satılıb.

Demokrat.az
BakuPost-a istinadən xəbər verir ki, hər iki klinikanın yeni sahibi tibbi media və biznes təşkilatçısı, politoloq, "Səhiyyə TV"nin təsisçisi, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyevdir.

Məlumata görə, A.Xudiyev "Baku City Hospital”ı 8 milyon manata alıb. Sahibkar dəyişilsə də, hospitalın əvvəlki sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev baş həkim kimi vəzifəsində qalıb.

Qeyd edək ki, son günlər bir neçə məşhur klinikanın bağlanma təhlükəsində olduğu barədə informasiyalar yayılır. Bildirilir ki, sığorta sisteminin tətbiqi özəl klinikaların gəlirlərini xeyli dərəcədə azaldıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top