Ceyhun Bayramov Rumıniya investorlarını Şərqi Zəngəzur və Qarabağa dəvət etdi

XARİCİ SİYASƏT 06 noy 2023, 14:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniya şirkətlərini və investorlarını Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonuna dəvət edib.

Demokrat.az
xəbər verir ki, bu barədə XİN başçısı rumıniyalı həmkarı Luminita Odobesku ilə birgə keçirilən mətbuat konfransında danışıb.

O qeyd edib ki, Rumıniya ilə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yollar mövcuddur: “Azərbaycan və Rumıniya arasında qarşılıqlı sərmayələr hələ ki bizim ikitərəfli ticarət dövriyyəmizə uyğun gəlmir. Bu o mənaya gəlir ki, iqtisadi əlaqələrimizi şaxələndirmək və davamlı etmək üçün imkan var. Bu fürsətdən istifadə edərək Rumıniya şirkətlərini və investorlarını Azərbaycanda investisiya layihələrində iştirak etməyə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı yenidənqurma və bərpa işlərinə dəvət edirik".

Nazir iki ölkə arasında yaşıl enerji sahəsindəki əməkdaşlıqdan da söz açıb: “SOCAR Petroleum” şirkətinin Rumıniyada enerji sahəsində uğurlu əməkdaşlığını xüsusi vurğulayırıq, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında ötən il Buxarestdə yaşıl enerji sahəsində strateji tərəfdaşlıq istiqamətində müqavilə imzalandı".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top