Əcnəbi səyyahlar Şuşa qalasında oldular — Şəhərlə tanışlıq bitdi (FOTO)

DAXİLİ SİYASƏT 04 noy 2023, 16:26
Şuşaya səfər edən beynəlxalq səyyahlar Şuşa qalası ilə tanış olublar.

Trend xəbər verir ki, burada onlara qalanın tarixi və onun əhəmiyyəti barədə məlumat verilib. Bu, səyyahların Şuşa şəhərində son dayanacaqları olub.

Burada onlara İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsinə dair məlumatlar verilib.

Qeyd edək ki, bu gün dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb. Heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harry Mitsidis şəxsən başçılıq edir.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top