Gənclərin pozmadıqları qayda qalmadı: Sükanı ayağı ilə tutdu, pəncərədən çıxdı, qucağında otuzdurdu — VİDEO

HADİSƏ 02 noy 2023, 15:37
Gənclərin avtomobildə təhlükə saçan davranışları sosial şəbəkədə müzakirələrə səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında baş verib. Görüntüdən aydın olduğu kimi, “Toyota” markalı avtomobilin sürücüsü maşının yan şüşəsindən çölə çıxıb və sükan çənbərini ayağı ilə tutaraq maşını idarə etməyə başlayıb. Daha sonra yan oturacaqda əyləşən sərnişin sürücü tərəfə keçib və sükanı tutmağa çalışıb. Yenidən sükan arxasına qayıdan sürücü sərnişini qucağına alaraq avtomobili sürüb. Bu zaman arxada əyləşən sərnişinlərdən biri avtomobilin yan şüşəsindən çölə çıxıb və qarşı tərəfin yan şüşəsinə keçib. Qorxu dolu hərəkətə baş vuran gənc çətinliklə geri qayıdıb.

Qeyd edək ki, son zamanlar gənclər arasında yeniyetmə və həmyaşıdlarına pis örnək olan bu tip videolar çox paylaşılır.    

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top