Əlavə gəlirimiz olarsa, Qarabağın bərpasına yönəldiləcək — Nazirlik

İQTİSADİYYAT 02 noy 2023, 14:56
Azərbaycanın dövlət büdcəsində əlavə gəlir yaranarsa və Büdcə Qaydası ilə ziddiyyət təşkil etməzsə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər son 3 il üzrə Qarabağa xərcləmələr 12 milyard manata yaxınlaşacaq.

"İlkin olaraq 7,4 milyard manatın, sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir. Bunların sayəsində həmin vəsait 7,4 milyard manatdan 12 milyarda qədər artıb", - deyə nazir əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top