"İtaliya digər NATO üzvlərindən fərqli olaraq Azərbaycana..." — AÇIQLAMA

HƏRBİ 02 noy 2023, 14:47
"İtaliya Qərbi Avropada ilk və yeganə ölkədir ki, Azərbaycanla hərbi sahədə əməkdaşlıq edir. İtaliyanın "Leonardo" şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında dərin əməkdaşlıq mövcuddur. Bunun sayəsində Azərbaycan sözügedən şirkətdən döyüş-təlim aviasiya vasitələri əldə edib, həmçinin hərbi yükdaşıma təyyarəsi satın alıb".

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, İtaliya ilə hərbi əməkdaşlığın əsasında Azərbaycan ordusunun modernləşdirilməsi dayanır. 

"İlk belə satınalma İtaliyanın" Leonardo" şirkətinin M -346 təlim döyüş təyyarəsidir. Hərbi pilotlarımızın bu sahədə peşəkarlığının artırılması istiqamətində istifadə ediləcək əsas təyyarələrdəndir. M -346 5-ci nəsil müasir çoxməqsədli təyyarə səviyyəsindədir. Bundan başqa Azərbaycan İtaliyadan C- 27 J "Spartan" hərbi-nəqliyyat təyyarələrinin satınalınmasına da başlayıb. 

Hesab edirəm ki, İtaliya ilə hərbi əməkdaşlıq Avropa istehsalı hərbi texnikaların əldə olunması baxımından faydalıdır. Hərbi-siyasi tərəfdən baxdıqda Azərbaycan üçün Avropada hərbi tərəfdaşın olmağı olduqca önəmlidir. İtaliya digər NATO üzvlərindən fərqli olaraq Azərbaycana hücum texnologiyalarının satışını həyata keçirir. İtaliyanın döyüş gəmiləri istehsalındakı uğurlarından da bəhrələnə bilərik".

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi ölkədə səfərdə olan italiyalı həmkarı ilə görüşüb. İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq müzakirə edilib.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top