UNICEF: Qəzzada hər gün 420-dən çox uşaq ölür

GÜNDƏM 31 okt 2023, 18:30
"Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır".

Demokrat.az
xəbər verir ki, bu fikirləri BMT Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Qəzzada baş verən humanitar böhrandan danışarkən bildirib.

Onun sözlərinə görə, bölgədə öldürülən mülki şəxslərin təxminən 70 faizini uşaq və qadınlar təşkil edir:

"Qəzzada üç həftə ərzində təxminən 3200 uşaq öldürülüb. Ölənlərin sayı 2019-cu ildən bəri dünyada münaqişə bölgələrində hər il öldürülən uşaqların sayından çox olduğunu vurğulamaq lazımdır. Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır. Bu rəqəm hər birimizi dərindən sarsıtmalıdır".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top