Sumqayıtda silahlı hücum zamanı ölənlərin və yaralananların kimliyi məlum oldu — YENİLƏNİB

HADİSƏ 28 okt 2023, 09:15
Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.

APA  xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüblər.

İlkin məlumata görə, yaralılar Fərəcov Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır.

08:45

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

"Report"un məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcov ağır yaralanıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top