Atatürkün fotosunu yandıranlar həbs edildi — FOTO

REGİON 27 okt 2023, 18:43
Türkiyədə Atatürkün fotosunun yandırılması ilə bağlı saxlanılan 4 şübhəli həbs edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Mustafa Kamal Atatürkün fotosunun yandırılması ilə bağlı sosial media platformalarında yayılan video aşkarlanıb.

Hadisədə iştirak edən şəxslər polis tərəfindən saxlanılıb və şübhəlilərlə bağlı inzibati prosesə başlanılıb.

Qeyd edək ki, həbs edilən şəxslərin lisey şagirdi olduğu bildirilir.



Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top