Cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Demokrat.az xəbər verir ki, bu barədə "Ümumi təhsil haqqında" Qanuna dəyişiklik edilib.
Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov Demokrat.az-a açıqlamasında dəyişikiyi vacib hesab edib:
“Pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə münasibətdə qanun çərçivələri düzgün müəyyənləşdirib. Təhsil müəssisələrində işləyən şəxslərin sadəcə diplomunun və pedaqoji təhsilinin olması yetərli deyil. Burada yanaşma kifayət qədər sərt olmalıdır. Təhsil ocağı həm də tərbiyə müəssisəsidir. Burada çalışan, pedaqoji fəaliyyətlə məşğul olan hər bir şəxs cəmiyyətə nümunə olmalıdır. Bəzən cəmiyyətdə təhsilverənlərin nüfuzu məsələsi haqqında müzakirələr aparılarkən qeyd olunur ki, zamanında müəllimlərin nüfuzu daha yüksək idi. O vaxt bu kimi hallar var idimi? Xeyr.
Qlobal müstəvidə insanların davranışında, rəftarında fərqliliklər meydana çıxıb. Bu, cəmiyyətdə tərbiyə mövzusunun nə qədər önəmli olduğunu gündəmə gətirir. Pedaqoji fəaliyyətlə məşğul olan şəxs nümunəvi tərbiyəyə sahib deyilsə, özündə əxlaq normalarını tənzimləyə bilmirsə, sabah onu məktəbə, sinifə necə buraxmaq olar?! Təhsil işçisi ümumilikdə yüksək əxlaqa və mədəni davranışa sahib olmalıdır. Bu çərçivədən kənara çıxan şəxslər təhsil sahəsindəki fəaliyyətlərindən uzaqlaşdırılmalıdırlar. Müəllim tək məktəbdə deyil, ailədə, cəmiyyətdə də müəllim olmalıdır”.
Qeyd edək ki, dəyişikliyə qədər Qanun uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmasını qadağan edirdi.
Törə Zeynallı
Demokrat.az