Avropada Azərbaycan qazına tələbat azalacaq? — AÇIQLAMA

İQTİSADİYYAT 24 okt 2023, 18:06
Avropa İttifaqında qaza tələbat 2030-cu il üçün daha 15% azalaraq 305 mlrd. kubmetrə qədər enə bilər.

Demokrat.az
“APA-Economics”-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2023” hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, Aİ 2022-ci ildə qaz tələbatını 55 mlrd. kubmetr azaldıb ki, bu da 2021-ci ildə ümumi tələbatın 13%-nə bərabərdir. STEPS (mövcud “iqlim siyasəti”ni nəzərə alan ssenari - red.) çərçivəsində tələbatın azaldılması üçün gələcək səylər davam edəcək və 2030-cu ilə qədər onu daha 50 mlrd. kubmetr azaldmağa imkan yaradacaq.

Bu, Azərbaycanın Avropaya qaz ixracına təsir edə bilərmi? 

Demokrat.az-ın sualını cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov Avropa İttiqafında 2030-cu il üçün qaz tələbatına dair verilən proqnozu doğru hesab etmir:



“Avropa ölkələri alternativ enerji mənbələrinə dair fəaliyyəti dəstəkləsə də iqtisadiyyat inkişaf etdikcə qaz və digər enerji resurslarına olan tələbat artır. Qaza tələbatın 15 faiz azalacağına dair ehtimal azdır. Digər tərəfdən Azərbaycan hazırda Avropanın qaza olan tələbatının 2 faizini ödəyir. Ötürücülük qabiliyyəti 10 milyarddan 20 milyarda çatdırıldıqda isə bu göstərici 4 faiz olacaq. Buna görə də Avropanın qaza olan tələbatı 15 faiz azalsa belə, bu, Azərbaycanın ixrac göstəricilərinə təsir etməyəcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top