Xəbər verdiyimiz kimi, II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb.
Demokrat.az Elm və Təhsil Nazirliyinə istinadən bildirir ki, şagirdlərin yerdəyişməsi prosesi “www.sy.edu.az” portalı vasitəsilə həyata keçiriləcək. Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Valideynlər müxtəlif səbəblərdən ildə bir neçə dəfə şagirdlərin məktəbini dəyişir.
Mövzu ilə Demokrat.az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə bəzi hallarda buna yaşayış yerinin dəyişməsi səbəb olur, bəzənsə məktəbdə dərslərin keyfiyyəti, şagird sıxlığı valideyni qane etmir:

“Şagird yerdəyişməsi əsasən paytaxtda müşahidə edilir. Övladının daha keyfiyyətli təhsil almasını istəyən valideyn bunun mənfi təsirlərini də düşünməlidir. Bir məktəbdən digərinə keçirilən uşaq dərslərindən geri qalır, yeni müəllimlərə və sinif yoldaşlarına öyrəşməkdə çətinlik çəkir. Bəzən məşhur bir məktəbdə uşağını oxutmaq istəyən valideyn oradakı mühitlə tanış olandan sonra yanıldığını görür. Yerdəyişmələr şagird sıxlığına da səbəb olur. Bunun qarşısını almaq üçün tədrisin keyfiyyəti artırılmalıdır.
Məktəb analiz etməlidir ki, il ərzində neçə şagird çıxıb, şagirdi və valideyni hansı hallar qane etməyib. Təhsil müəssisəsinin rəhbərliyi, pedaqoji şura bu kimi məsələləri müzakirə etməli və həll yolları düşünülməlidir”.
Törə Zeynallı
Demokrat.az