Qurban Qurbanova dünyanın ən nüfuzlu mükafatı təqdim olundu

İDMAN 21 okt 2023, 23:07
“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub.

Oxu.Az xəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu “Feyr Pley” mükafatı - “Joao Barotra” diplomuna layiq görülüb.

Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə bu gün keçirilən təntənəli mərasimində “Feyr Pley” mükafatı Q.Qurbanova təqdim olunub.

Xatırladaq ki, Q.Qurbanovun bu mükafata təqdimatını Azərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top