İdman

Qurban Qurbanova dünyanın ən nüfuzlu mükafatı təqdim olundu

Qurban Qurbanova dünyanın ən nüfuzlu mükafatı təqdim olundu

“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub.

Oxu.Azxəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu “Feyr Pley” mükafatı - “Joao Barotra” diplomuna layiq görülüb.

Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə bu gün keçirilən təntənəli mərasimində “Feyr Pley” mükafatı Q.Qurbanova təqdim olunub.

Xatırladaq ki, Q.Qurbanovunbu mükafata təqdimatınıAzərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.

NE
Nihadə Eyyubova