Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas olunub — FOTO

SOSİAL 21 okt 2023, 19:36
 Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas edilib.

Oxu.Az xəbər verir ki, 2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
İlkin müayinələr baş tutub və onun udduğu səkkiz ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib.

Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər uğurla çıxarılıb.
Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top