İordan çayının qərb sahilində 4 fələstinli öldürüldü

DÜNYA 19 okt 2023, 21:54
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinə PUA ilə etdiyi hücumda 4 fələstinli həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, İsrail ordusu kamikadze PUA ilə hücum həyata keçirib. İsrail əsgərləri düşərgənin giriş və çıxışlarını bağlayıb. Hücum nəticəsində 4 fələstinli dünyasını dəyişib.

Bununla da, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində öldürülən fələstinlilərin sayı 73-ə yüksəlib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top