“Görünür, rüşvət və korrupsiya halları Birləşmiş Ştatların təkcə Konqresinə sirayət etməyib, nüfuzlu kütləvi-informasiya vasitələri də prosesdən kənar deyil. Dezinformasiyanın yayılması onu göstərir ki, ABŞ-dəki erməni lobbisi və diasporu çalışır ki, informasiya məkanında Azərbaycana qarşı başlatdıqları müharibəni daha da şiddətləndirsinlər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O qeyd edib ki, erməni yalanları faşist ideoloqlarının üslubunu xatırladır:
“Yozef Gebbels deyirdi ki, yalan nə qədər böyük olarsa, ona inananlar da bir o qədər çox olar.
Ermənilər də bu prinsiplə hərəkət edirlər. Cənab Prezident dəfələrlə qeyd edib ki, bir qarış torpağımızı belə heç kimə güzəştə gedən deyilik, başqasının torpağında da gözümüz yoxdur. Qərb mediasında yayılanlar dezinformasiyadır, məsuliyyət də onu yayanların üzərinə düşür”.

Qeyd edək ki, ötən həftə ABŞ-nin nüfuzlu “Politiko” nəşri Azərbaycana qarşı saxta məqalə dərc etmişdi. Məqalədə bildirilirdi ki, Dövlət katibi Antoni Blinken konqresmenlərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə məlumat verib. ABŞ-nin Bakıdakı səfirliyi isə bu xəbəri təkzib edərək yayılan məqalənin həqiqəti əks etdirmədiyini bildirdi.
Törə Zeynallı
Demokrat.az