ABŞ Çinin 13 şirkətini “qara siyahı”ya salıb

DÜNYA 17 okt 2023, 21:35
ABŞ Ticarət Nazirliyi Çinin 13 şirkətini “qara siyahı”ya salıb və həmçinin Çinə çip satışına ixrac məhdudiyyətlərini genişləndirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə qurumun yaydığı sənədlərdə deyilir.

Siyahıya daxil edilən Çin şirkətləri ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd hərəkət etməkdə ittiham olunublar.

Bundan əlavə, Ticarət Nazirliyi süni intellekt sahəsində çip və avadanlıqların Çinə ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq, nəticədə “Nvidia” və “Intel” kimi ABŞ şirkətləri üçün məhsullarını Çin bazarında satmaq çətinləşəcək.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top