Qusarın Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində zəhərlənərək ölən ikinci şəxsin də kimliyi bəlli olub.
“Report”un Şimal bürosunun məlumatına görə, kirayə evlərdən birində zəhərlənərək ölən şəxs Sakit Yusif oğlu Zeynalovdur.
Qeyd edək ki, Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Şamil Yusif oğlu Zeynalov, 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov evdə yedikləri göbələkdən zəhərləniblər. Nəticədə S.Zeynalov ölüb, Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.
Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.
Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.