Rusiya prezidenti Vladimir Putin Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında deyib ki, Moskva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.
Demokrat.az xəbər verir ki, o, istənilən formatda danışıqların aparıla biləcəyini qeyd edib:
“Gündəmdə uzun müddətdir davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi, əlbəttə, bu işdə tərəfdaşlarına hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, danışıqların Moskvada təşkili ilə bağlı razılığa gəldik”. – Putin vurğulayıb.
Politoloq Elşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra yeni bir reallıq yaranıb:
“Paşinyan Qranadada Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdığını öz imzası ilə təsdiq etdi. Geriyə kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri qalır. Bunun üçün də sülh müqaviləsi imzalanmalıdır. Bu məsələ artıq masa üzərindədir. 44 günlük müharibədən sonra həm Rusiya, həm Avropa İttifaqı, həm də ABŞ sülh müqaviləsinin imzalanması məsələsində moderatorluq etməyə çalışır. Rusiyada müəyyən qüvvələr buna mane olmağa çalışsalar da, proses dayanmadı. Ermənistan artıq təzyiq altında da olsa müqaviləni imzalamağa hazır olduğunu bildirir. 2020-ci il noyabr bəyannaməsinin yeganə bəndi yetinə yetirilməmiş qalır – Zəngəzur dəhlizinin açılması. Azərbaycan bu barədə artıq İranla razılığa gəlib. Bu, Rusiyaya da lazımdır. Ona görə də sülh danışıqlarında vasitəçilik etməyə səy göstərir. Son bir ildə Ermənistanla Rusiya arasında pozulan münasibətlər fonunda Rusiya öz yerini Qərbə və ya ABŞ-a buraxmaq istəmir. Güman edirəm ki, artıq heç bir tərəf sülh müqaviləsinin imzalanmasına mane ola bilməyəcək”.
Törə Zeynallı
Demokrat.az