Bank olmayan kredit təşkilatları (BOKT) ödəniş agenti xidməti göstərə biləcək.
Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib. Belə ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna dəyişiklik təklif olunub.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, bu gün ölkədə BOKT-ların fəaliyyəti yalnız kredit verməklə məhdudlaşır:
“BOKT-lar banklardan və ya poçt xidmətindən fərqli olaraq pul köçürmələri xidməti göstərə bilmirlər. Bu funksiyanın onlara verilməsini düzgün hesab edirəm. BOKT-ların fəaliyyətini genişləndirmək lazımdır. Əksər ölkələrdə bu müəssisələrlə bankların əsas fərqi yalnız odur ki, banklar əmanət qəbul edə bilir. BOKT-lar kassa xidmətləti, valyuta mübadilə əməliyyatları həyata keçirə bilməlidir.
Ödəniş agenti xidməti göstərə bilmək BOKT-lar üçün əlavə gəlirdir. İstehlakçılar, bank sistemi, ölkə iqtisadiyyatı üçünsə bu sahədə rəqabətin artması deməkdir. Ola bilər ki, onlar daha sərfəli şərtlərlə ödəniş xidmətləri göstərəcəklər. Rəqabət nə qədər çox olarsa, keyfiyyət də artar. Çox adam banklardan şikayətlənir. Çünki pul köçürmələrinə görə komissiya haqqı yüksəkdir. Banklar inhisarçıdır. Ölkədə cəmi 24 bank var, BOKT-ların sayı isə daha çoxdur”.
Törə Zeynallı
Demokrat.az