Nazirlər Kabineti 2023-cü ilin sonuna orta illik inflyasiyanın 9,5 faiz olacağını proqnozlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclasında bildirilib. Qeyd edilib ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 faiz olub.
İqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlamasında indiki şərtlər daxilində ilin sonuna inflyasiyanın 10 faiz ətrafında olması ehtimalının yüksək olduğunu deyib:
“Son 3-4 ayda qiymətlərdə ardıcıl olaraq enmələr müşahidə olundu. Bu, inflyasiyanı 11 faiz ətrafında saxlamağa imkan verdi. Lakin sentyabr ayında bu proses dayandı, qiymətlərdə cüzi də olsa, artımlar müşahidə olunur. Ötən ilin noyabr-dekabr aylarında inflyasiya rəqəmləri yüksək idi. Həmin rəqəmlər hazırkı baza göstəricilərindən çıxarıldıqdan sonra yeni rəqəmlərin daxil edilməsi müəyyən mənada inflyasiya göstəricisinin bu proqnoza doğru dəyişməsinə gətirib, çıxara bilər”.
Törə Zeynallı
Demokrat.az