3 mindən başlayaraq 18 min manata qədər maaş alan həkimlərimiz var

GÜNDƏM 12 oktyabr 2023, 22:32
3 mindən başlayaraq 18 min manata qədər maaş alan həkimlərimiz var

"Bildiyiniz kimi, icbari tibbi sığortanın tətbiqinə qədər həkimlərin aylıq orta əməkhaqqı çox aşağı idi. Lakin icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqindən başlayaraq əməkhaqları da ilbəil artmağa başladı. Son artım 2022-ci ilin iyun ayında olub". 

Bu sözləri APA-ya müsahibəsində Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib. O bildirib ki, stomatoloqlar xaric bütün həkimlərə stabil əlavələr verilib və bununla da əməkhaqqı 1200 manata çatdırılıb:

"Bildiyiniz kimi, icbari tibbi sığortada əməkhaqqı tək stabil əlavədən ibarət deyil, həvəsləndirici əlavə də var. Bu, həkim performansına bağlıdır. Kliniki Tibbi Mərkəzdə fəaliyyət dairəsinin genişlənməsi, əməliyyatların çoxalması əməkhaqlarının da kəskin şəkildə artımına səbəb olub. Bu artım hələ də davam edir. KTM-də 3 mindən başlayaraq 12, 15, 18 min manat maaş alan həkimlərimiz var. Keçən ay qəbul edilmiş baza zərfində xidmət göstərilən tariflər də dəyişdi, təxminən, 30-35% artım var. Bu da həkimlərin bonuslarının artmasına eyni həcmdə təsir göstərəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top