Sumqayıtda intihara cəhdin qarşısı alınıb

HADİSƏ 07 okt 2023, 09:39
Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

“Report”un yerli bürosu məlumat verir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Elnur Novruz oğlu Şıxəliyev ailə münaqişəsi zəminində, 45-ci məhəllədə yerləşən 14 mərtəbəli binanın damından özünü yerə atmağa cəhd edib.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. İntihara cəhdin qarşısı alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top