Siyavuş Novruzov: "Ünvanlı sosial yardım məsələsinə yenidən baxılsın"

SOSİAL 02 okt 2023, 12:25
“İpoteka haqqında” qanuna fərqli yanaşaq.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, bu gün Qarabağda, hər yerdə quruculuq işləri gedir: “Bakıda və regionlarda ipoteka şərtləri eyni olmamalıdır. Gənclərin regionlarda qalması üçün biz bəzi güzəştlər müəyyən etməliyik. İkincisi, biz neçə illərdir ünvanlı sosial yardım veririk. İndiyə qədər ortaya çıxaran yoxdur ki, ünvanlı sosial yardımın effekti necə olub. Bunu davam etmək lazımdırmı? Ya bunun miqdarı artırılmalıdırmı? Bununla bağlı parlamentdə dinləmə keçirilsə, yaxşı olar. Bəlkə biz ünvanlı sosial yardımın qaydalarını dəyişməliyik ki, daha effektiv, daha nəticəli olsun”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top