Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirildi

SOSİAL 26 sen 2023, 16:50
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının qəbul edilməsinin 20 illiyi ərəfəsində 21-22 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib.

ETSN-nin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, görüşdə Xəzəryanı ölkələrin ətraf mühit nazirləri, xarici işlər nazirliklərinin səlahiyyətli nümayəndələri və BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisinin direktoru iştirak edib. Azərbaycan görüşdə ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

“Görüşdə Konvensiya katibliyi ilə bağlı institusional məsələlər müzakirə olunub. Katibliyin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar müvafiq sənədlərin hazırlanması məqsədilə Xüsusi İşçi Qrupun yaradılması və ilk iclasının bu ilin sonunadək Bakıda keçirilməsi qərara alınıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, görüşdə, həmçinin Konvensiyanın 2023-2024-cü illər üzrə iş proqramı və büdcəsi, Konvensiyanın 6-cı Tərəflər Konfransının Nazirlər Bəyannaməsi qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top