Gənc oğlan arvadının anası və nənəsinə xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 22 sen 2023, 11:13
Göygöl rayonunda 1995-ci il təvəllüdlü Cəlil qeyri-rəsmi münasibətdə olduğu Nəzrinin anası Nəzakətə və onun anası Gülxara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 27-də rayonunun Hacıməlik qəsəbəsində baş verib. 

Cəlil həmin gün saat 20.99-da Nəzakətin evinə gələrək mübahisə edib. Mübahisə zamanı əli ilə Nəzakəti və Gülxarı vurub. 

Cəlilin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada ittiham elan edilib. 

İş üzrə izahat verən Cəlil ona verilən ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən üç ay əvvəl onunla eyni kənddə yaşayan Nəzrin ilə qeyri-rəsmi ailə həyatı qurub: “İyul ayında Nəzrin gözündən əməliyyat olduğu üçün xəstəxanadan çıxdıqdan sonra anası Nəzakətə məxsus evə gedərək orada qaldı. İyulun 27-də evdə olan zaman mənə məlum oldu ki, qaynanam cehiş əşyalarını bizim evdən çıxararaq ayırmaq istəyir. Mən ailəmi bərpa etmək məqsədilə həmin gün saat 20 radələrində onların yaşadığı evə getdim. Evin həyətinə daxil olarkən Nəzakət və Gülxar üzərimə gəldi, mənimlə mübahisə etdilər. Mübahisə zamanı Nəzakətin dırnaqları ilə qollarımı cızdı. Həmin vaxt özümü müdafiə etmək üçün onları əlim ilə geriyə itələdim”. 

İş üzrə izahat verən Gülxarın sözlərinə görə, onunla eyni kənddə yaşayan Cəlil 2023-cü ilin aprel ayında qızı Nəzrin ilə nişanlanıb və may ayında isə ayrılıblar: “Lakin, mayın 28-də Cəlil yaşadığımız evə gələrək qızımı qaçırtdı. İyulun 14-də Nəzrin gözündən əməliyyat olduqdan sonra mənə məxsus evə gələrək orda qaldı. Daha sonra ailə daxili söz-söhbət yarandığından qızımın cehizlərini çıxarmaq istədim və bu barədə polisə müraciət etdim. İyulun 27-də Cəlil mobil telefonla zəng edərək məni nalayiq ifadələrlə təhqir etdi. Həmin gün saat 20 radələrində Cəlil yaşadığımız evə gələrək mənimlə mübahisə etdi. Mənim üzərimə gəldi, əli ilə boğaz nahiyəmdən tutaraq boğmağa başladı. Bu zaman anam Gülxar məni Cəlilin əlindən aldı. Həmin vaxt Cəlil anamı vuraraq yerə yıxdı. Mən Cəlil tərəf gedərkən döş qəfəsimdən yumruqla vurdu. Daha sonra Cəlilin atası gələrək onu apardı”.

Bu işə Göygöl rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin qərarı ilə Cəlil 300 manat miqdarında cərimə olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top