Paşinyan: “Qarabağda kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”

GÜNDƏM 21 sen 2023, 18:54
“Qarabağda atəşkəsə ümumilikdə əməl olunur”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, qeyd edib ki, bəzi rayonlarda rabitədə çətinliklər və yollarda müəyyən problemlər olsa da, ümumilikdə vəziyyət stabildir.

“Sosial şəbəkələrdə Qarabağ əhalisi arasında kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Rusiya sülhməramlıları Qarabağda qalmaqda davam edir və onların bilavasitə vəzifəsi Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməkdir”, - deyə Paşinyan bəyan edib.(oxu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top