Cari ilin avqust ayında istehlak inflyasiyası 12 faiz aşağı düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən avqustda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 108 faiz təşkil edib.
Ötən ay daha çox qarabaşaq yarması, un, çörək, təzə balıq, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, üzüm, yemiş, qarpız, gavalı, alma, armud, banan, pomidor, xiyar, soğan, kartof, bibər, badımсan, yerkökünün qiymətlərində ucuzlaşma olub.
İqtisadçı ekspert Eyyub Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, üzü payıza doğru mövsüm meyvə-tərəvəzlərinin qiymətində ucuzlaşma, mövsümü bitən məhsullarda isə bahalaşma müşahidə ediləcək:

“Bu, təbii prosesdir. Mövsümdən asılı olaraq meyvə-tərəvəzlərin qiymətində dəyişiklik olur. Bahalaşmanın qarşısını almaq üçün soyuducu anbarlar çoxaldılmalı, topdan satış bazarlarının sayı artırılmalıdır. Bunun qiymətlərə önəmli təsiri var. Yaxşı olar ki, daha çox soyuducu anbar tikilsin, eyni zamanda fermerlərin bunlara əlçatanlığı təmin edilsin”.
Törə Zeynallı
Demokrat.az