Banklar iri sahibkarlara kredit ayırmır — "Pulu olan fikirləşir ki, burada biznes qurmaqdansa..."

İQTİSADİ 12 sentyabr 2023, 19:26
Mərkəzi Bankın rəsmi hesabatında bildirilir ki, banklar iri sahibkarlara kredit ayırmaqdan imtina edir.

Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bunun səbəblərindən bəhs edib:

“Sahibkarlar özləri də bankdan kredit götürmür. Ümumiyyətlə, Azərbaycanda iqtisadi aktivlik azalıb, sahibkarlıqla məşğul olmaq üçün şərait yaxşılaşmaq əvəzinə pisləşir. Nəhayət ki, Milli Məclisin saytında Rəqabət Məcəlləsinin layihəsini gördük. Əsas problemlərdən biri odur ki, sağlam rəqabət mühiti yoxdur, qanunçuluq yoxdur, inhisarçılığa meyil var. Pulu olan fikirləşir ki, burada biznes qurmaqdansa, xaricdə yatırım edim.


Banklar da kredit verməkdə o qədər də maraqlı deyil. Azad sahibkarların sayı çox azdır. Ölkədə sahibkarlıqla məşğul olanların çoxu inhisarçılardır ki, onlara da kredit vermək təhlükəlidir. Krediti alıb, sabah qaytarmayacaq, hələ bir məhkəməyə də verəcək, bank da məhkəməni uduzacaq. Həm də biznes kreditləri üzrə faizlər, istehlak kreditlərinə nisbətdə azdır. Banklar bundan çox qazanc əldə edə bilmir. İtki isə böyük olur”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top