Qazaxda ağır qəza — 4 nəfər xəsarət aldı

HADİSƏ 08 may 2025, 23:45
Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində olub. 

Belə ki, 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi “VAZ 21099” markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, həmçinin maşında olan 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 00:07
Top