Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin kənd təsərrüfatı sahəsində sığorta hovuzu yaradılacaq.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyilə Özbəkistanda keçirilən ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfransda Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı deyib. O qeyd edib ki, bu birliyin bütün ölkələrə faydası olacaq.
İqtisaçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, burada söhbət birgə sığorta mexanizmlərinin tətbiqindən gedir:
“Kənd təsərrüfatında sığorta riskləri bölüşdürüləcək. Dövlətlərin birgə dəstəyilə özəl sığorta şirkətləri bu riskləri öz üzərinə götürə bilər və ya dövlət sığorta şirkətləri bunu maliyyələşdirəcək. Kənd təsərrüfatında risklər çoxdur, iqlimlə, satışla, xəstəliklərlə bağlı riskər var. Sığorta hovuzu deyərkən, çox güman, birgə sığorta şirkətinin yaradılması nəzərdə tutulur. Təkrar sığorta fondu yaratmaqla risklərin qarşılanması həyata keçirilə bilər. Fermerlərin fəaliyyətinin sığortalanması kimi vacib məsələlər var ki, bu da kənd təsərrüfatının inkişafına təkan verir. Mexanizmin hansı şəkildə qurulması isə gələcəkdə bilinəcək”.
Törə Zeynallı
Demokrat.az