Moskvada 1000-dən artıq etirazçı saxlanıldı


DÜNYA 28 iyl 2019, 09:36

Dünən Rusiyanın paytaxtı Moskvada Şəhər Məclisi seçkilərinə müstəqil namizədlərin iştirakının ləğv edilməsinə etiraz edənlərə polis sərt müdaxilə edib.


Moskva Şəhər Polis İdarəsi etirazçılardan 1074 nəfərin saxlanıldığını açıqlayıb.

Araşdırmalardan sonra onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək.


Qeyd edək ki, saxlanılanlar arasında müxalifət lideri Aleksey Navalnının qurduğu Korrupsiya ilə Mübarizə Fondunun vəkili Lubov Sobol, İlya Yaşin, Yuliya Qalyamina, İvan Jdanov və Dmitriy Qudkov da var. (“Ölkə.Az”)

 

Demokrat.az

 



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top