İspaniyada meşə yanğınları davam edir

DÜNYA 17 avq 2023, 15:54
İspaniyanın Tenerife adasında baş verən meşə yanğını nəticəsində 1800 hektar ərazi külə dönüb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, Tenerife adasının şimal-şərqindəki təbiət parkındakı meşə yanğını böyüməyə davam edir.

Rəsmilər  hazırda ərazidəki yanğının nəzarətdən çıxdığını bildirib.

Eyni zamanda yanğının yayılmasının qarşısını almaq və yerli əhalinin evlərini qorumaq üçün tədbirlərin davam etdiyi açıqlanıb.

Qeyd edək ki, indiyədək yanğın nəticəsində 1800 hektar ərazi külə dönüb. Yaxın ərazidə yaşayan 150-yə yaxın insan təxliyə edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top