"Neftçi"də Adrian Mutuya daha bir köməkçi təyin edildi

İDMAN 14 avq 2023, 16:08
"Neftçi"nin baş məşqçisi Adrian Mutunun seçimi və təqdimatı əsasında "Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.
 
Demokrat.az xəbər verir ki, Sənan Qurbanov köməkçi məşqçi təyin edilib. Onunla 2 illik müqavilə bağlanıb.

Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb. 2018-ci ilədək "Qəbələ”də məşqçi, 2018-2019-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış 43 yaşlı mütəxəssis 2021-2022 illərdə "Keşlə”ni (indiki "Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə "Qəbələ”yə, 2020/21-də isə "Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.

Baş məşqçi Adrian Mutunun digər köməkçiləri, məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır.//Qaynarinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top