"Vətəndaşların müraciətlərinin həlli istiqamətində işlər görülür"

SOSİAL 11 avq 2023, 11:42
"2023-cü ilin 7-ci ayınadək olan statistik göstəricilərə əsasən, 2 milyon 544 min 873 təbii qaz istehlakçımız var".

Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qeyd olunan istehlakçılardan 41 min 117-si qeyri-əhali sektoruna aiddir:

"Ümumilikdə həyata keçirdiyimiz lahiyələr, o cümlədən "Açıq mikrafon" aksiyamız və xidmət sahələrini əhatə edən görüşlərimiz həyata keçirilir. Ötən aksiyalarımız Xaçmaz Regional qaz istismarı İdarəsinin xidmət sahələrini əhatə edib. Davamlı olaraq aksiyalar həyata keçirilməkdədir və bunun məhsuldarlığı aydın şəkildə görünür. Görüşlər zamanı vətəndaşlar müraciətlərini birbaşa olaraq səsləndirirlər və dərhal həlli yolunda işlər görülür". 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top