“Çelsi” İspaniya millisinin qapıçısını 20 milyon avroya transfer etdi

İDMAN 05 avq 2023, 15:46
İngiltərənin “Çelsi” klubu 20 milyon avroya qapıçı transfer edib.

Demokrat.az xəbər verir ki, İngiltərənin digər təmsilçisi “Brayton”un üzvü Robert Sançes heyətə cəlb olunub.

25 yaşlı futbolçu “zadəganlar”la 7 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvü uğurlu çıxış edərsə, “Brayton” daha 5 milyon avro bonus qazanacaq.

Qeyd edək ki, Robert Sançes 2022/2023 mövsümündə “Brayton”un heyətində 25 oyuna çıxıb, 30 qol buraxıb. O, 2021-ci ildən İspaniya yığmasına çağırılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top