Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev vəzifəsindən azad edilib.
Demokrat.az-ın “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, bununla bağlı Prezident Kasım -Jomart Tokayev müvafiq fərman imzalayıb.
Məlumata görə, eyni fərmanla Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.
Qeyd edək ki, B. İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb.(Qafqazinfo)