Məşhur restoranda usta hündürlükdən yıxıldı

HADİSƏ 04 avq 2023, 09:23
Bakıda usta hündürlükdən yıxılıb.

Demokrat.az
xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində yerləşən "SS Hall" restoranında qeydə alınıb.

Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb.

Nəticədə o, ağır kəllə-beyin tramvası alaraq xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top