Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Məktubda bildirilib ki, Ermənistan oradan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək üçün dialoqlardan yayınır, qayıdış hüququnu inkar edir, Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törədir. İcma Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə, qayıdış prosesinə yardım etmək üçün oraya BMT xüsusi missiyasını göndərməyə çağırıb.
Politoloq Rəşad Bayramovun fikrincə, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlar qarşısında bu cür təşəbbüslərlə çıxış etməsi olduqca əhəmiyyətlidir.
“Ermənistanı bu məsələdə davamlı təzyiq altında saxlamaq lazımdır. Beynəlxalq ictimaiyyət deportasiya olunmuş azərbaycanlılar haqqında məlumatlı olmalı, həqiqətlərin nədən ibarət olduğunu bilməlidir. Bu gün aktiv siyasi fəaliyyətlə, regional məsələlərlə məşğul olan siyasətçilər belə Ermənistandan soydaşlarımızın deportasiyası, neçə-neçə insanın əmlakından məhrum olması, doğma yurdlarından didərgin düşməsi barədə ətraflı məlumata sahib deyil, tarixi faktlardan xəbərsizdirlər”.
R.Bayramov qeyd edib ki, BMT missiyasının Ermənistanda monitorinq keçirməsilə bağlı çağırış mühümdür.
“Prezident İlham Əliyev Avropa İttifaqı vasitəsilə Brüsseldə Ermənistan Baş naziri ilə keçirdiyi son görüşdə faktiki olaraq qərbi azərbaycanlılarla bağlı məsələni gündəmə gətirdi. Eyni zamanda xarici işlər nazirlərinin son görüşündə də bu məsələ masaya yatırıldı. BMT-nin də buna reaksiya verməsi vacibdir. Monitorinq qrupu göndəriləcək, ya yox – bu, məsələnin ikinci tərəfidir. Əsas odur ki, bu istiqamətdə davamlı işlər görülsün”.
Siyasi ekspert vurğulayıb ki, Ermənistan dövləti hüquqları pozulmuş azərbaycanlıların haqlarını təmin etməlidir.
“Ermənistan bu gün Qarabağda yaşayan 20-25 min nəfər erməninin hüquqlarının təmin olunmasını istəyirsə, onlarçün əlavə təminatlar tələb edirsə, ilk növbədə, uzun illər əvvəl oradan qovulan azərbaycanlıların təməl hüquqlarını bərpa etməlidir. Yalnız bundan sonra nəsə tələb edə bilər”.
Törə Zeynallı
Demokrat.az