“Qurani-Kərim”in yandırılması tamamilə qəbuledilməzdir” — Nazir

SİYASƏT 31 iyl 2023, 15:07
“Son həftələr ərzində İsveçdə, eyni zamanda Danimarkada silsilə olaraq “Qurani-Kərim”in yandırılması tamamilə qəbuledilməzdir və biz bunu qətiyyətlə pisləyirik”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə iştirak etdiyi mətbuat konfransı zamanı deyib.

“Biz hesab edirik ki, müxtəlif tərəflərin buna hər hansı izahat verməyə cəhd etməsi və bunu hər hansı formada insan hüquqları və söz azadlıqları ilə əlaqələndirməsi tamamilə yersizdir. Ümumilikdə 2 milyarda yaxın insanın hissləri oynamaq yolverilməzdir”, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top