Rusiyada pis hava şəraiti səbəbindən ağacların aşması insan itkilərinə yol açıb

DÜNYA 30 iyl 2023, 00:15
Rusiyanın Mari El respublikasında pis hava şəraiti səbəbindən ikisi uşaq olmaqla üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, güclü külək və leysan bu gün axşam saatlarında Tair və Yalçik gölləri yaxınlığını vurub. Həmin zaman orada çoxlu istirahət edən olub.

Qasırğa xeyli sayda ağacları yıxıb, onlardan bir neçəsi insanların olduğu çadırlara düşüb.

Olay nəticəsində 6 nəfər zərər çəkib, onlardan 3-ü ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top