Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Kahramanmaraşın Elbistan rayonunda yerli vaxtla saat 15:23-də baş verib.
Nəticədə ciddi ziyan dəymiş 5 mərtəbəli bina dağılıb.
Binanın uçması ətrafdakı vətəndaşlarda qorxu yaradıb.
Ölənlərin olub-olmaması ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, zəlzələ yerin 5,55 kilometr dərinliyində hiss olunub.
Aysu Demokrat.az


