Avtomobil aşdı: Ölən və yaralanan var

HADİSƏ 20 iyl 2023, 19:44
Türkiyədə minik avtomobilinin baryerə çırpılaraq aşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Balıkesir vilayətində baş verib.

İdarəetmədən çıxan avtomobil sürətlə yolun kənarındakı baryerə çırpılaraq aşıb. 

Hadisə yerinə polis və həkim qrupları gəlib.

Avtomobildə olan 3 nəfərdən 2-si dünyasını dəyişib. 

Ağır yaralanan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top