"Niyə Bəhram Yazıçılar Birliyinə üzv seçiləndə etiraz etmədilər?"

GÜNDƏM 17 iyl 2023, 00:30
"Yazıçılar Birliyinə tək şairlər üzv olmur. Nə qədər savadsızdılar. Mənim də kitabım var. Bəhram Bağırzadə şairdir? Bakılılar haqda kitab yazır, oranın üzvüdür".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhərin səsi" verilişində deyib. Müğənni Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsini tənqid edənlərə cavab verib.

O bildirib ki, Əməkdar artist Bəhram Bağırzadə şair deyil, amma sözügedən birliyə üzvdür:

"Niyə Bəhram Bağırzadə Yazıçılar Birliyinə üzv seçiləndə etiraz etmədilər? Hamısı qorxudandır. Bilirlər ki, Elza olan yer canlanır. Bir şairin 22 kitabı var, deyir, başına "cürbəcür şeylər qoyursan". Cürbəcür nədir? Onda əti qaynadaq qoyaq stola? Bir toyuqdan neçə cür yemək hazırlayırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top